15 C
Baku
Thursday, March 28, 2024

“Apple” Hindistanda iPad istehsalı imkanlarını araşdırır

Hindistan “Apple” ilə iPad istehsalının Çindən köçürülməsi imkanlarını müzakirə edir. “CNBC”yə görə, hələki bununla bağlı konkret planlar yoxdur. Qeyd edək ki, texnologiya nəhəngi hələ də gəlirinin əhəmiyyətli hissəsini smartfonların satışından əldə edir, lakin bu o demək deyil ki, brendin digər elektron cihazlarının istehsalı şirkətin coğrafiyanı şaxələndirmək planlarından yan keçəcək.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Artıq bir neçə ildir ki, Hindistanda “Apple” smartfonları istehsal olunur və bu ilin payızında debütündə bir qədər gecikmə olan iPhone 14 modelinin yığılmasına başlanılıb. Mənbələrin fikrincə, ixtisaslı kadr çatışmazlığı yerli istehsal olan “Apple” məhsullarının çeşidinin daha da genişlənməsinə mane olacaq.

Hal-hazırda iPhone istehsalının təxminən 10%-i Hindistan ərazisinin payına düşür. “Loop Ventures” ekspertlərinin qiymətləndirmələrinə görə, beş il sonra bu rəqəm 35%-ə çatacaq. Çox şey “Foxconn” şirkətinin işçiləri nə qədər tez geri qaytara bilcəyindən asılı olacaq. Xatırladaq ki, daha əvvəl iPhone istehsalı üzrə ixtisaslaşan “Foxconn” zavodunun işçiləri etiraz aksiyası keçiriblər və işdən uzaqlaşdırılıblar.

Son xəbərlər
Digər xəbərlər