“Bloomberg”in hesablamalarına görə, “Apple” keçən il Hindistandan 2,5 milyard dollar dəyərində yerli istehsal olan iPhone ixrac edib ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur. Agentliyin müsahibə aldığı adı açıqlanmayan mənbələr bildiriblər ki, podratçılar “Foxconn Technology Group” və “Wistron Corp” Hindistandakı müəssisələrində hər biri təxminən 1 milyard dollar dəyərində iPhone istehsal edib ixrac ediblər.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“The Wall Street Journal”ın yazır ki, “Apple” üçün istehsalın genişləndirilməsi məqsədilə ən çox ehtimal olunan ölkələr Hindistan və Vyetnamdır. “WSJ”nin qeyd etdiyi kimi, “Apple”ın Çində komponentlərin istehsalını azaltmaq istəyi Çin hakimiyyəti tərəfindən zaman-zaman tətbiq edilən, bəzən bütün şəhərləri tamamilə bağlayan sərt anti-Covid tədbirləri ilə əlaqədardır. Avqust ayında “Bloomberg” xəbər vermişdi ki, “Apple” Hindistanda iPhone 14 istehsalına başlamaq niyyətindədir və Hindistanda istehsalı genişləndirmək və yeni iPhone-ların istehsal müddətini azaltmaq üçün təchizatçılarla işləyir.