26 C
Baku
Saturday, July 27, 2024

“Apple” hissəli ödəniş xidmətini yaradır

“Apple” yeni “Apple Pay Later” adlanan hissəli ödəniş xidmətinin inkişafına başlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, bu xidmət müştərilərə istənilən məhsulu almağa və ödənişi hissə-hissə həyata keçirmə imkan verəcək.

“Bloomberg” agentliyinin məlumatına görə, istifadəçi seçim edə biləcək – ödənişi faizsiz olaraq iki həftədən bir və ya bir neçə ay ərzində, lakin faizlə etmək. Şirkət hissəli ödəniş funksiyasını təmin etmək üçün “Goldman Sachs” bankı ilə əməkdaşlıq edəcək.

Qeyd edək ki, yeni xidmət “Apple Card” tələb etmir. Ondan istifadə etmək üçün istənilən “Apple” cihazı və “Apple Pay” ödəniş sistemi kifayətdir.

“Apple Pay Later” – xidmətin son adı deyil. Gələcəkdə onun dəyişdirilməsi gözlənilir. Mütəxəssislərin fikrincə, bu funksiya “PayPal” da daxil olmaqla bir sıra digər ödəmə sistemlərində mövcud olan “Buy Now, Pay Later” xidmətlərinin analoqudur.

“Apple” bu xidmətin “Apple Pay”ın populyarlığını artıracağına və daha çox müştərini kredit kartı əvəzinə ödəmə sistemindən istifadə etməyə inandıracağına ümid edir.

Son xəbərlər
Digər xəbərlər