18 C
Baku
Sunday, September 8, 2024

“Apple” hissə-hissə ödəmə xidmətini işə salıb

“Apple” alış-verişi hissə-hissə həyata keçirməyə imkan verən “Pay Later” xidmətini işə salıb. “Pay Later”in işə salınması keçən il Ümumdünya Tərtibatçılar Konfransında (WWDC) elan edilib və əvvəlcə xidmətin iOS 16 (2022-ci ilin sentyabrında çıxıb) ilə eyni vaxtda əlçatan olacağı güman ehtimal olunub. Lakin sonra “Apple” texniki çətinliklərə görə buraxılışı təxirə saldığını açıqlayıb.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

“Pay Later” istifadəçilərə alışlara 50-1000 ABŞ dolları arasında pul xərcləməyə və ödənişi dörd hissəyə bölməyə imkan verir. Ödəniş etmək vaxtı gəldikdə, xidmət istifadəçiyə bildiriş göndərir.

Hələki “Pay Later” xidməti iPhone (iOS 16.4) və iPad (iPadOS 16.4) cihazlarında və yalnız ABŞ-da mövcuddur. “The Verge”nin qeyd etdiyi kimi, ilk dəfədir ki, “Apple” məsələnin maliyyə tərəfi özü ilə məşğul olacaq – əməliyyatlar “Apple”ın yeni törəmə şirkəti olan “Apple Financing LLC”dən keçəcək.

Mütəxəssislərin fikrincə, şirkətin “indi al, sonra ödə” modelinə keçidi ona xidmət biznesini daha da inkişaf etdirməyə kömək edə bilər.

Son xəbərlər
Digər xəbərlər