27 C
Baku
Saturday, July 27, 2024

“Apple” Hollandiyada $5.7 mln. cərimələnib

Hollandiyanın antiinhisar tənzimləyicisi “Apple” şirkətini 5.7 milyon dollar cərimə edib.

Banker.az xəbər verir ki, bu onun proqram tətbiqlərinin tərtibatçılarına yalnız bir ödəniş üsulundan istifadə etməyə icazə verməsi ilə əlaqəli olub.

İstehlakçı və Bazar Məsələləri İdarəsi (ACM) “Apple”ı tənzimləyici tərəfindən müəyyən edilmiş tarixə qədər yeni ödəniş üsullarını əlavə etməyincə hər həftə 5.7 milyon dollar cərimə edəcək.

Xatırladaq ki, Amerikanın “Amazon” və “Apple” şirkəti müvafiq olaraq 68.7 milyon avro və 134.5 milyon avro cərimə ödəyəcəklər.

Son xəbərlər
Digər xəbərlər