24.3 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Apple” ilə sövdələşməyə görə “Kia” səhmləri rekord vurur

Screen Shot 2021 09 02 at 14.34.20

“Apple” ilə sövdələşməyə görə “Kia” səhmləri çərşənbə günü 14.5% artaraq 1997-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

Banker.az bu barədə “Forbes.ru”a istinadən xəbər verir.

“Bloomberg”in verdiyi məlumata görə, gün ərzinə ən yüksək hədd 102 000 Koreya vonu (91.5 dollar) olub.

Rallinin səbəbi Cənubi Koreyanın “dongA.com” saytında “Kia”nın Amerika şirkətinin markası altında elektrikli avtomobillər istehsal etmək üçün “Apple” ilə sövdələşmə bağlaması xəbərinin yayılmasıdır. Sayt məlumatları yoxlamadan “Apple” avtomobillərinin 2024-cü ildən başlayaraq Gürcüstanın “Kia” zavodunda istehsal ediləcəyini yazıb. “DongA.com”un yazdığı kimi, “Apple” bu layihəyə təxminən 3.6 milyard dollar sərmayə yatırır. İlk vaxtda ildə 100 min avtomobil istehsal ediləcək, sonra isə istehsal gücü 400 minədək artırılacaq.

“Apple” və “Hyundai” (“Kia” brendinin baş şirkəti) bu məsələni şərh etməkdən imtina ediblər. Xatırladaq ki, tərəflər yanvar ayından danışıqlar aparırlar. Bu, səhmlərin 25% bahalaşmasına səbəb olub.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər