25 C
Baku
Sunday, July 21, 2024

“Apple” ilk sensor ekranlı noutbukunu təqdim edəcək

“Apple” 2025-ci ilə qədər ilk sensor ekranlı noutbuk buraxmağı planlaşdırır, bu barədə “Bloomberg” yazıb. Agentliyin məlumatına görə, şirkət sensor ekran üzərində işləməyə başlayıb.

Mütəxəssislərin vurğuladığı kimi, yeni cihaz bazarda mövcud olan “MacBook Pro”lardan köklü şəkildə fərqlənməyəcək. Noutbuk ekran, klaviatura və taçpaddan ibarət olacaq.

Materialda deyilir ki, sensor ekranlı noutbuk buraxmazdan əvvəl “Apple” əməliyyat sistemini adaptasiya etməli olacaq. Belə ki, hazırda macOS yalnız siçan və kursor üçün optimallaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər