Gələn aydan etibarən iOS 18.1 yeniləməsini alan bütün iPhone istifadəçiləri “Apple Intelligence” funksiyalarını (hələlik yalnız beta versiyada) sınaqdan keçirə biləcəklər. Bununla belə, bu, Avropa İttifaqı və Çinə şamil edilmir.
Bəli, istifadəçilər məhdudiyyətlərdən yayınmağın yolunu artıq tapıblar. Belə ki, süni intellekt yeniliklərindən istifadə etmək üçün Apple ID regionunu ABŞ-yə dəyişmək kifayətdir. Lakin bu, ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, regionun dəyişməsi “Apple” ilə əlaqəli bütün abunəliklərin ləğvini nəzərdə tutur. Sadə sözlə desək, regionu dəyişdirdiyiniz zaman regional “App Store”da aldığınız bütün proqramlara girişi itirəcəksiniz.
Çində vəziyyət daha da çətindir. Burada Apple ID regionunu dəyişdirsəniz belə, məhdudiyyətlərdən yan keçmək mümkün deyil. Bu, şirkətin reputasiyasına böyük zərbədir, çünki Çin və Avropa nəhəng bazarlardır.