27 C
Baku
Saturday, July 27, 2024

“Apple” iPhone 12 üçün xarici akkumulyator təqdim edib

“Apple” şirkəti iPhone 12 smartfonu üçün yeni aksesuar təqdim edib – maqnitli “MagSafe” akkumulyatoru. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Cihaz rəsmi “Apple” saytında çıxıb, qiyməti 99 dollar təşkil edir.

“MagSafe” akkumulyatoru ağ rəngdə təqdim edilib və smartfona xüsusi maqnitlər vasitəsi yapışdırılır. Bildirildiyi kimi, xarici batareyanın gücü 1460 mAh təşkil edir – bu, bütün iPhone 12 mini modelini tam doldurmaq üçün yetərli sayılır.

photo5438503292498981537

Xarici batareya iOS 14.7 əməliyyat sistemi ilə işləyən smartfonlara uyğun gəlir və ekranda batareya tutumunu izləməyə imkan verir. Cihazın özü 20W və ya daha güclü USB-C (USB C/Lightning) kabeli vasitəsilə şarj yığır. Şarj sürəti 5W civarında olur və daha tutumlu kabelə qoşmaqla artırılır (27W və daha yüksək).

Son xəbərlər
Digər xəbərlər