3 C
Baku
Monday, February 26, 2024

“Apple” iPhone-lara avtomobil sistemlərini idarə etməyi öyrədəcək

“Apple” sürücülərə iPhone vasitəsilə avtomobilin oturacaqlar, musiqi, kondisioner və digər sistemlərini idarə etməyə imkan verəcək “IronHeart” texnologiyası üzərində işləyir.

Banker.az xəbər verir ki, bu texnologiya mövcud olan “CarKey” interfeysi üzərində qurulur.

Şirkət əvvəlki sistemi aşağıdakılar hesabına inkişaf etdirməyi planlaşdırır:

– Temperatur və rütubət datçikləri (salonda və avtomobil xaricində);

– Kondisioner sistemləri;

– Oturacaqlar və dayaqlar;

– Dinamiklər, sabvuferlər və ekvalayzer;

-. Spidometr, taxometr və yanacaq miqdarını ölçən datçiklər.

Toplanan məlumatlar “Apple” və üçüncü tərəf inkişafetdiricilərə yeni tətbiqlər yaratmağa və ya mövcud tətbiqləri təkmilləşdirməyə imkan verəcək. Xatırladaq ki, “CarKey” texnologiyasından hələki yalnız “BMW” istifadə edir.

Yeni texnologiyanın həqiqətən də populyarlaşa biləcəyi yer “Apple”ın bir neçə ildir inkişaf etdirdiyi elektrikli avtomobillərdir. Xatırladaq ki, fevral ayında şirkət “Kia” və “Hyundai” ilə apardığı danışıqları dayandırdığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər