9 C
Baku
Thursday, December 12, 2024

“Apple” iPhone satışlarının azalması səbəbindən 100 mlrd. dollar ucuzlaşıb

“Apple” sentyabrın 26-da sona çatan maliyyə ilinin dördüncü rübü üçün maliyyə hesabatlarını açıqlayıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Financial Times” yazır ki, şirkətin bu dövrdəki gəliri analitiklərin gözləntilərini (64 milyard dollar) aşaraq 64,7 milyard dollar təşkil edib.

Lakin gəlirin artmasına baxmayaraq, şirkətin dördüncü rübdə əldə etdiyi nəticələr investorları məyus edib ki, bu da kapitallaşmaya təsir göstərib. Qiymətləndirmələrə görə, hesabatlar açıqlandıqdan sonra “Apple” səhmləri 5% ucuzlaşıb. Bu, iPhone satışlarının azalması ilə əlaqəli olub (20,7%, 26,4 milyard dollar).

Şirkət nümayəndələri yeni iPhone satışa çıxarılandan sonra 5G texnologiyası sayəsində Çində satışların artacağını gözləyirdilər. Lakin dördüncü rüblər bu ölkədə satışlar 28,5% düşüb və 7,95 milyard dollar təşkil edib.

Qeyd edək ki, digər məhsulların satışlarında artım müşahidə olunub: Mac – 29% (9 milyard dollar), iPad – 46% (6,8 milyard dollar). Eyni zamanda şirkətin müxtəlif platformalarının istifadəçi sayı 35 milyon nəfər artaraq 585 milyon nəfərə çatıb. 2020-ci ilin sonunda şirkət bu göstəricini 600 milyon nəfərə çatdırmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər