“Apple” işçilərinə mətn yaratmaq üçün neyron şəbəkədən istifadə etməyi qadağan edib. Bu barədə şirkətin sənədi ilə tanış olan mənbələrə istinadən “The Wall Street Journal” yazıb.
“ChatGPT” ilə yanaşı, “Apple” şirkəti “OpenAI” və “Microsoft” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “GitHub Copilot” alətini də qadağan edib. O, süni intellektdən istifadə edərək kod yazmağa imkan verir.
“WSJ”nin məlumatına görə, “ChatGPT”dən istifadə edilərkən bütün məlumatlar tərtibatçının serverinə göndərilir ki, bu da məxfi məlumatların mübadiləsinə şərait yaradır. “Apple” həmçinin öz dil modelini yaratmaq üzərində işləyir.