2 C
Baku
Saturday, December 14, 2024

“Apple” İspaniyada $38 mlrd. cərimələnə bilər

İspaniyanın Milli Bazarlar və Rəqabət Komissiyası (CNMC) “Apple”a qarşı antiinhisar araşdırmasına başlayıb və bu, Amerika şirkəti üçün 38 milyard dollara qədər cərimə ilə nəticələnə bilər.

Tənzimləyici “Apple”ın “App Store” proqram tərtibatçılarına ədalətsiz kommersiya şərtləri qoyduğundan şübhələnir. Komissiya “App Store”da tətbiqlərin yayılması şərtlərinin İspaniyada və bütövlükdə Aİ-də antiinhisar qanunlarını pozub-pozmadığını yoxlayacaq.

İstintaq üçün 24 aya qədər vaxt verilib. Cərimənin maksimum məbləği şirkətin illik dövriyyəsinin 10%-ni təşkil edir. Cərimənin məbləğini müəyyən etmək üçün araşdırmanın başlandığı ildən əvvəlki il üçün gəlir göstəricisi götürülür. 2023-cü ilin sonunda “Apple”ın qlobal satışları 383.9 milyard dollar təşkil edib.

Keçən ay Avropa Komissiyası öz araşdırmasından sonra ilkin nəticəyə gəlib ki, “Apple” bu il qəbul edilmiş Rəqəmsal Bazarlar Aktını (DMA) pozur. DMA korporasiyalar üçün böyük cərimələr nəzərdə tutur: birinci pozuntuya görə cərimə qlobal dövriyyənin 10%-ə qədər, ikinci pozuntuya görə isə isə 20%-ə qədər təşkil edir.

Son xəbərlər
Digər xəbərlər