Amerikanın “Apple” şirkəti istehsalı Çindən kənarda şaxələndirmək üçün Vyetnamla danışıqlar aparır. Bu barədə “Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.
Mənbəyə görə, “Apple” təchizatçıları Vyetnamın şimalında sınaq rejimində “Apple Watch” istehsalına başlayıblar. Şirkət həmçinin tədarükçülərdən “MacBook” üçün sınaq istehsal xətti qurmağı xahiş edib, lakin pandemiya və noutbuk komponentlərinin uzun tədarük zəncirinə görə kütləvi istehsalın köçürülməsi prosesi bir qədər ləngiyib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Qeyd edək ki, Vyetnam “Apple”ın Çinin xaricində yerləşən ən böyük istehsal mərkəzidir. Vyetnam zavodları “iPad” və “AirPods” istehsal edir.