4 C
Baku
Friday, January 27, 2023

“Apple” istehsalının bir hissəsini Çindən kənara köçürmək planlarını sürətləndirib

“Apple” şirkəti son həftələrdə istehsalının bir hissəsini Çindən kənara daşımaq planlarını sürətləndirib.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Şirkət tədarükçülərdən məhsullarının digər Asiya ölkələrində, xüsusən də Hindistan və Vyetnamda yığılmasını planlaşdırmaqda daha fəal olmalarını xahiş edib və həmçinin “Foxconn Technology Group”un rəhbərlik etdiyi Tayvanlı montajçılardan asılılığı azaltmağa çalışır.

Müzakirələrdə iştirak edən şəxslərin sözlərinə görə, son həftələrdə Apple istehsalının bir hissəsini Çindən kənara çıxarmaq planlarını sürətləndirib.

Nəşr iddia edir ki, Çjençjou şəhərindəki “iPhone” fabrikindəki iğtişaşlar şirkətin bu qərarına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər
X