16 C
Baku
Thursday, March 28, 2024

“Apple” istifadəçiləri kriptovalyuta ilə ödəniş edə biləcək

“Apple” istifadəçiləri kriptovalyuta ilə ödəniş etməyə imkan verən “BitPay” kartından tezliklə istifadə edə biləcəklər. Tezliklə “SamsungPay” və “GooglePay” istifadəçiləri də eyni seçimdən yayarlana biləcəklər.

Bu barədə “BitPay”in saytına istinadən xəbər verilir.

Şirkətdə bildiriblər ki, istifadəçilər “ApplePay”ə “BitPay” kartını əlavə etmək imkanı əldə edəcək. Bu kart bitkoin, Ethereum, Bitcoin Cash və dollarla əlaqəli dörd steyblkoin kimi kriptovalyutaları dəstəkləyir.

“BitPay” nümayəndələri “SamsungPay” və “GooglePay” istifadəçilərinin də cari rübün sonunda onların sisteminə daxil ola biləcəyini vəd ediblər.

Son xəbərlər
Digər xəbərlər