18 C
Baku
Friday, September 20, 2024

Apple istifadəçilərinə müjdə!

Dünya KİV-nin verdiyi məlumata görə Apple şirkəti payızda nəinki iPhone 6 smartfonunu, həm də özünün mobil ödəniş xidmətini təqdim edəcək. Yeni tətbiqetmə sayəsində smartfon istifadəçiləri alış əməliyyatlarını icra edə biləcəklər.

 Hələ ki, bu yenilik haqqında verilən məlumatlar çox azdır və proznozlarla müşayiət olunur.

Apple nümayəndələri hazırda istehsalçıların bank məlumatlarının mobil tətbiqetmədə istifadə olunması məqsədilə dünyanın nəhəng ödəniş sistemləri ilə danışıqlar aparır. Qeyd edək ki, VISA layihədə iştirakı artıq qəbul edib.

Planlara əsasən, iPhone 6 məlumatların məxfiliyini təmin edən əlavə təhlükəsizlik sistemi ilə təchiz ediləcək.

Son xəbərlər
Digər xəbərlər