12 C
Baku
Wednesday, December 11, 2024

Apple istifadəçilərinin bank kartı məlumatları oğurlanır

Banker.az xəbər verir ki, ESET – antivirus proqram təminatı yaradıcısı olan beynəlxalq şirkət Apple məhsulları istifadəçilərinə yeni fırıldaqçılıq növü ilə bağlı xəbərdarlıq edir.

Belə ki, fırıldaqçılar qurban istifadəçilərə iTunes Store-da etmədikləri alış-veriş ilə bağlı göndərdikləri mesaj hesabına istifadəçilərin bank kartı və digər şəxsi məlumatlarına giriş əldə edirlər.

Fırıldaqçılar göndərdikləri mesajda qeyd edirlər ki, istifadəçinin Apple ID-si naməlum cihazda qeydiyyatdan keçərək məşhur bir müğənninin albomunu alıb. Məktubda potensial qurbana ya bu alış-verişi təsdiq etmək, ya da onu ləğv etmək təklif edilir. Əməliyyatı ləğv etmək üçün istifadəçiyə fişinq sayta aparan linkə keçid etmək məsləhət görülür və burada şəxsi və bank məlumatlarını qeyd edərək anketi doldurmaq mütləqdir.

Beləliklə də, anketi dolduran istifadəçi könüllü şəkildə gizli məlumatlarını fırıldaqçıların əlinə təqdim etmiş olur.

Son xəbərlər
Digər xəbərlər