“Apple” korporasiyasının 20 aprel təqdimatında nümayiş etdirdiyi yeniliklərdən biri də “AirTag” cihazları olub. Bu cihaz istifadəçinin itirdiyi əşyaları tapmaq üçün nəzərdə tutulub.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Cihazdan istifadə etmək üçün onu iPhone-a yaxınlaşdırmaq və itirdiyiniz əşyanın adını yazmaq kifayət edir – məsələn, “Açar” və ya “Gödəkcə”.
iPhone kamera, əlavə reallıq texnologiyası və giroskop vasitəsilə sizə itirilmiş əşyanın istiqamətini göstərəcək. İstifadəçilər həmçinin “Siri”dən itirdikləri əşyanı tapmağı istəyə biləcəklər.
“AirTag”ın qiyməti bir ədəd üçün təxminən 40 dollar, dörd brelokdan ibarət olan dəst üçün isə 130 dollar təşkil edəcək.
Bundan əlavə, “Apple” yeni aksesuarlar da təqdim edib – açar üçün brelok, dəri və poliuretan ilmə.