“Apple” iyunun 15-dən podkastlara abunə xidmətini işə salır

“Apple” şirkəti iyunun 15-dən yeni ödənişli xidmətini işə salır.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Verge” məlumat verir. Bildirildiyi kimi, texnologiya nəhəngi daha əvvəl təxirə saldığı podkastlara abunə xidmətini təqdim edir.

Şirkət təxirə salmanı “müəlliflər və dinləyicilər üçün mümkün olan ən yaxşı təcrübəni təmin etmək” istəyi ilə izah edir.

Abunəliyə reklamsız dinləmə, o cümlədən yeni materiallara erkən və ya müstəsna giriş daxildir. Podkastçılar qiymətləri özləri müəyyən edəcəklər. İlk ildə “Apple” onlardan 30%, sonrakı illərdə isə 15% komissiya tutacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.