Apple kapitalizasiyası 900 milyard dolları üstələdi

Banker.az xəbər verir ki, Apple şirkəti dünyanın kapitalizasiyası 900 milyard dolları üstələyən ilk şirkəti oldu.

Ticarət sessiyasının başlanğıcında Apple şirkətinin qiymətli kağızlarının qiyməti 3%-dən çox artıb. Şirkətin mənfəəti dördüncü rübdə 12%, yəni 52,8 milyard dollara qədər, gəliri isə 25% – 2,07 milyard dollara qədər artıb. Bu göstərici proqnozlardan yüksəkdir.

Apple şirkətinin CEO-su Tim Kuk bu “bayramqabağı mövsüm tarixin ən yaxşısı olacağını” vəd edib.

Qeyd edək ki, yeni iPhone X smartfonunun dünya üzrə satışlarına bu şənbə günü start verildi.

 

Son xəbərlər
Digər xəbərlər