24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“Apple” kapitallaşması $2.5 trln. olan ilk ABŞ şirkəti olub

Screen Shot 2021 09 02 at 14.34.20

“Apple”ın səhmləri tarixin ən yüksək səviyyəsinə çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

30 avqustda şirkətin qiymətli kağızlarının dəyəri 3.04% artaraq 153.12 dollar təşkil edib. Bunun fonunda korporasiyasının bazar kapitallaşması günün sonunda ilk dəfə 2.531 trilyon dollara yüksəlib.

Beləliklə, “Apple” dəyəri 2.5 trilyon olan ilk ABŞ şirkəti olub. Qeyd edək ki, bu gün dünyanın ən bahalı şirkəti Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti sayılır. Onun kapitallaşması 7.01 trilyon dollar təşkil edir.

“Trilyonçular klubu”na həmçinin “Microsoft” (2.281 trilyon dollar), “Amazon” (1.733 trilyon dollar), “Alphabet” (1.934 trilyon dollar) və “Facebook” (1.073 trilyon dollar) daxildir.

2020-ci ilin avqustunda “Apple” korporasiyasının dəyəri 2 trilyon dollar həddini keçib. “Apple”ın kapitallaşmasının 1 trilyon dollardan 2 trilyon dollara artması iki il çəkib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər