6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“Apple” kapitallaşması 2 trilyon dollardan çox olan ilk Amerika şirkəti oldu

19 avqust 2020-ci il tarixində NASTAQ birjasında “Apple” şirkətinin bazar kapitallaşması 2 trilyon dollar həddini keçib. Banker.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, iPhone istehsalçısı bu səviyyəyə gəlib çatan ilk Amerika şirkətidir.

download 12

“Apple” səhmlərinin dəyəri 1,14% artaraq 467,51 dollar qiymətinə çatıb. CNBC-nin verdiyi məlumata görə, 2020-ci ilin əvvəlindən şirkətin səhmləri 59,24% bahalaşıb.

Xatırladaq ki, 2018-ci ildə “Apple”in bazar kapitallaşması 1 trilyon dollar olmuşdur, 2020-cu ilin iyun ayında isə artıq 1,5 trilyona çatmışdır. 1 trilyon dollar həddini həmçinin “Amazon”, “Microsoft” və “Alphabet” şirkətləri keçib.

WSJ qeyd edir ki, Apple səhmlərinin böyüməsinə, xüsusən şirkətin cihazlarına tələbatın artması səbəb olub.

download 13

Son xəbərlər
Oxşar xəbərlər