24.3 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Apple” klassik musiqi xidməti “Primephonic”i alıb

Screen Shot 2021 09 02 at 14.34.20

Amerikanın texnologiya nəhəngi “Apple” klassik musiqi xidməti “Primephonic”i alaraq, onun funksionallığını “Apple Music”ə inteqrasiya etməyi planlaşdırdığını açıqlayıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, xidmətin özü sentyabrın 7-də işini dayandırır.

“Önümüzdəki aylarda “Apple Music” istifadəçiləri bəstəkar və repertuar axtarışı daxil olmaqla, “Primephonic”in ən yaxşı funksiyalarından istifadə edə biləcəklər”, – “Apple” qeyd edib.

2022-ci ildə korporasiya “Primephonic” əsasında klassik musiqi həvəskarları üçün ayrıca tətbiq yaradacaq.

“Primephonic” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Tomas Steffens xidmətinin çox populyar olduğuna vurğu edib. “Biz klassik musiqini geniş auditoriyaya çatdıra və yeni nəsil musiqiçiləri ilə gənclər arasında əlaqə qura biləcəyik”, – Tomas əlavə edib.

Xatırladaq ki, daha əvvəl “Apple” şirkəti “App Store”da qaydalarına dəyişikliklər etdiyini açıqlamışdı. İndi hər bir inkişafetdirici ekosistemdən kənarda tətbiqlər yarada bilər. Bu, “App Store” siyasətindəki ən böyük yenilikdir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər