23 C
Baku
Friday, April 19, 2024

“Apple” köhnə iPhone-larda bu funksiyaları deaktiv edəcək

Amerikanın “Apple” korporasiyası köhnə əməliyyat sistemləri ilə işləyən cihazlarda əsas funksiyaların dəstəyini dayandırmağa hazırlaşır. “9to5Mac”a görə, iOS 11, macOS High Sierra, watchOS 4 və tvOS 11 ilə işləyən qadcetlər dəstəyi itirəcək.

Əməliyyat sistemini yeniləmək üçün istifadəçilər qısa müddətdə məlumatlandırılacaqlar. Köhnə əməliyyat sistemləri ilə işləyən qurğular iCloud istisna olmaqla, bütün əsas xidmətlər (məsələn, App Store, Siri və Maps) dəstəklənməyəcək, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Apple” şirkətinin məlumatına görə, şirkət cihazlarının yalnız 8%-i iOS 15-dən əvvəl buraxılmış əməliyyat sistemlərində işləyir. KİV-in məlumatına görə, iOS 17 iPhone 8, iPhone X, beşinci nəsil iPad və birinci nəsil iPad Pro-da quraşdırılmayacaq.

Son xəbərlər
Digər xəbərlər