2 C
Baku
Saturday, December 14, 2024

“Apple” köhnə iPhone modellərinin ləngiməsinə görə ABŞ hökumətinə $113 mln. ödəyəcək

“Apple” şirkəti iOS-un yeni versiyaları çıxdıqdan sonra köhnə iPhone modellərinin ləngiməsinə görə ABŞ-ın 34 ştatına 113 milyon dollar ödəyəcək.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

“Böyük texnologiya şirkətləri istehlakçılara münasibətdə manipulyasiyalardan çəkinməli və iş üsulları haqqında olan həqiqəti onlara izah etməlidirlər”, – deyə ABŞ-ın Arizona ştatının baş prokuroru Mark Brnoviç bildirib.

Xatırladaq ki, 2017-ci ilin dekabrında “Apple” yeni iPhone modellərini təqdim etdikdən sonra köhnə smartfonların prosessor tezliyini bilərəkdən azaltdığını etiraf etmişdir.

2020-ci ilin mart ayında isə şirkət köhnə iPhone sahiblərinə kompensasiya şəklində 500 milyon dollar ödəməyə razılıq vermişdir.

Son xəbərlər
Digər xəbərlər