12 C
Baku
Wednesday, December 11, 2024

“Apple” köhnə iPhone modellərinin sahiblərinin hər birinə $25 kompensasiya ödəyəcək

“Apple” köhnə iPhone modellərinin sahiblərinə cihazın məhsuldarlığının aşağı düşməsinə görə ümumilikdə 500 milyon dollaradək kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Banker.az xəbər verir ki, bu haqda fevralın 28-də Kaliforniyada keçirilən iclasın nəticələrinə əsasən “Bloomberg” məlumat verib.

Şirkət hər istifadəçiyə 25 dollar kompensasiya ödəməyi planlaşdırır. Ödənişlərin son məbləği mobil cihazın məhsuldarlığın aşağı düşməsindən şikayət edən istifadəçilərin sayından asılı olacaqdır. Köhnə modellərə iOS 10.2.1 və daha aşağı əməliyyat sistemləri ilə işləyən iPhone 6, 6 Plus, 6s, 6s Plus, 7, 7 Plus və SE aid olunurlar.

Qeyd edildiyi kimi, iPhone-nun köhnə modellərindən istifadə edən insanlar mobil cihazın ləng işlədiyini qeyd edirlər və bu, istifadəçiləri ya yeni smartfon, ya da yeni batareya almaq məcburiyyətində qoyub. 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək “Apple” a qarşı bununla bağlı 66 məhkəmə iddiası qaldırılıb.

Şirkətin verdiyi məlumata görə, mobil cihazın düzgün işləməsi üçün 10.3.4 və ya 9.3.6 proqram təminatını yükləmək tələb olunur.

Son xəbərlər
Digər xəbərlər