Banker.az xəbər verir ki, Apple şirkəti köhnə model iPhone smartfonlarının iş sürətini bilərəkdən azaltdığını ilk dəfə etiraf edib.
TechCrunch nəşrinin suallarını cavablandıran şirkət daha əvvəlki nəsil smartfonların prosessorunun işləmə sürətinə necə təsir etdiyindən bəhs edib.
Apple şirkəti prosessorun tezliyinin aşağı salınmasını litium-ion akkumulyatorlarından istifadə edilməsi ilə izah edib. Şirkət nümayəndəsi məsələyə aydınlıq gətirərək qeyd edib ki, bu batareyalar uzun müddətli deyil və temperatur dəyişikliyinə dözümlü deyillər. Developperlər riskləri azaltmaq üçün hər yenilənmədə köhnə iPhoneların sürətini azaldır. Bu yeni tətbiqetmələr səbəbilə artan gərginliyə akkumulyatorların tab gətirməsini təmin etmək üçündür.