27 C
Baku
Saturday, July 27, 2024

“Apple” komponent çatışmazlığından “MacBook” və “iPad”ların istehsalını təxirə salır

“Apple” mikrosxem və displey çatışmazlığı səbəbindən bəzi “MacBook” və “iPad”ların istehsalını təxirə saldığını açıqlayıb.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Ekspertlərin sözlərinə görə, “Apple”ın istehsalı təxirə salmaq qərarı – bütün dünyada mikrosxem çatışmazlığı probleminin çox ciddi olduğundan xəbər verir. Bildirildiyi kimi, şirkət cihazları üçün çatışmayan elementləri bu ilin ikinci yarısında sifariş edəcək.

Hələki çatışmazlıq “iPhone”lara təsir etməyib, baxmayaraq ki, mənbələr bəzi komponentlərin tədarükünün “kifayət qədər məhdud” olduğunu qeyd edirlər.

Xatırladaq ki, mikrosxem çatışmazlığının əsas səbəbi Covid-19 pandemiyası olub. Bu barədə yanvar ayında “Bloomberg” agentliyi yazıb. “Apple”dan başqa, komponent çatışmazlığından həmçinin “Samsung” şikayətlənib.

“Apple”, “AMD”, “Qualcomm” və “Nvidia” şirkətlərinin əməkdaşlıq etdikləri “TSMC” istehsalı genişləndirmək üçün 100 milyard dollar xərcləyəcəyini bildirib.

Mart ayında “Intel” yeni fabriklərə 20 milyard dollar sərmayə qoyacağını və digər şirkətlər üçün çip istehsal edəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər