15 C
Baku
Saturday, October 19, 2024

Apple  kredit kartı hesabınıza uyğun reklamı patentləşdirəcək

P2P ödəniş patentinin əldə edilməsi və Böyük Britaniyada Apple Pay-in işə salınmasından cəmi bir neçə həftə sonra Apple şirkəti elektron kommersiya və ödənişlərlə əlaqəli yeni servisi patentləşdirməyə hazırlaşır.

Şirkət reklamverən şəxsə müştərilər barədə məlumatın satılmasına imkan verən mexanizmin yaradılması üzərində kifayət qədər çox çalışıb.

Hazırda Apple elektron kommersiya sistemini patentləşdirmək istəyir ki, bu sistem sayəsində şirkət müştərilərin smartfonlarına onların almaq iqtidarında olduqları məhsul və xidmət barədə olan reklamları göndərə biləcək.

Son xəbərlər
Digər xəbərlər