26 C
Baku
Saturday, July 6, 2024

Apple LG şirkətinə 2,6 milyard dollara qədər vəsait yatıracaq

Banker.az xəbər verir ki, Apple LG şirkətinin OLED-ekranlar istehsalının genişləndirilməsinə 2,6 milyard dollara qədər vəsait yaradacaq. İstehsal xətti 2019-cu ilə hazır olacaq.

Yeni istehsalatın dəyərinin 70%-ni təşkil edəcək investisiyalar Apple şirkətinə LG şirkətindən OLED-ekranlar təmin etmək üçün müstəsna hüquq qazandıracaq. Verilən məlumatlara görə, müqavilə Apple şirkəti üçün kifayət qədər uğurlu addımdır. Belə ki, şirkət kənar çərçivələri olmayan yeni iPhone 8 və yeni Touch ID sensorları istehsalı üçün fasiləsiz olaraq ekran təchizatı ilə təmin olunacaq.

Qeyd edək ki, hazırda OLED-displeylər bazarının 95%-nə Samsung şirkəti nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər