“Apple” bu il “iPhone” və “Apple Watch” cihazlarına məhdud fiziki imkanlı insanlar üçün nəzərdə tutulan yeni funksiyalar əlavə edəcək. Yeniliklərin tətbiqinin dəqiq tarixi açıqlanmasa da, onların payızda görünəcəyi gözlənilir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məsələn, “iPhone”, “iPad” və “Mac”da eşitmə qabiliyyəti olmayan insanlar üçün yeni “Live Captions” funksiyası işə düşəcək. O, real vaxt rejimində istifadəçiyə səsləri mətnə çevirməyə imkan verəcək. Eyni zamanda şriftin ölçüsünü tənzimləmək mümkün olacaq.
“Apple Watch Mirroring” funksiyası vasitəsilə saat sahibləri “iPhone”un idarə etmək üçün müxtəlif jestlərdən istifadə edə biləcək: telefon zənginə cavab vermək, bildirişləri rədd etmək, skrinşot çəkmək, medianı idarə etmək və digər manipulyasiyaları həyata keçirmək üçün yumruğunuzu iki dəfə sıxmaq kifayət edəcək.