18 C
Baku
Tuesday, May 28, 2024

“Apple” məlumat mübadiləsi layihəsi çərçivəsində “Google”, “Facebook” və “Twitter”ə qoşulur

“Apple” şirkəti bir il əvvəl başladılan Data Transfer Project məlumat mübadiləsi layihəsinə qoşulacağını bildirib. “Apple” in əsas məqsədi iCloud vasitəsilə məlumatların ötürülməsini təmin etmək üçün uyğun bir sistem yaratmaqdır.

Banker.az xəbər verir ki, bu layihə məlumatların bir servisdən digərinə ötürülməsini asanlaşdırmaq üçün yaradılmışdır. Son vaxta qədər layihə əsasən “Google Takeout” və “Facebook Access Your Information” məlumatların ixracı vasitələrinin uyğunluğunu təmin etmək üçün daxili koddan ibarət olub.

Keçən yay “Google”, “Microsoft”, “Facebook” və “Twitter” layihə üzrə birgə işə başlayıblar. O vaxtdan bəri, GitHub layihəsinin səhifəsində müntəzəm olaraq yeniləmələr görünür. Layihə hələ inkişaf mərhələsindədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər