“Apple” məhsullarının 25%-ni Hindistanda istehsal edəcək. Bir çox iri şirkətlərin Hindistan bazarını seçməsinə vurğu edən Hindistanın ticarət naziri Piyuş Goyal deyib: “Apple” başqa bir uğur hekayəsidir. Artıq “Apple” məhsullarının 5-7%-i Hindistanda istehsal olunur. Səhv etmirəmsə, bu payı 25%-ə yüksəltmək planlaşdırılır”.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bu arada, iqtisadiyyatın yavaşlaması və Çinlə artan gərginlik fonunda istehsalın Çindən çıxarılması tendensiyası son zamanlar xüsusilə güclənib. Böyük İT korporasiyalarının Çin istehsalını köçürdüyü ölkələr arasında Hindistan, həmçinin Vyetnam və Tayvan da var.