12 C
Baku
Saturday, November 23, 2024

“Apple” məhsullarının Türkiyədəki satışları dayandırılıb

Türkiyə lirəsinin son vaxtlar sürətlə dəyərsizləşməsi ilə bağlı “Apple” şirkətinin məhsullarını bu ölkədə almaq xaricdən gətirməkdən daha ucuz olub.

ABŞ dollarının məzənnəsi ilin əvvəlinə nisbətən 80 faiz yüksəldiyi və hazırda 13 lirəyə çatdığı üçün “iPhone”ni ABŞ-dan gətirmək əvvəllər Türkiyədə almaqdan 20-35 faiz ucuz başa gəlirdisə, hazırda əksinə, 17 faiz baha başa gəlir.

Belə ki, bu gün “iPhone 13 Mini” (11-14 min lirə), “iPhone 13” (12-15 min lirə), “iPhone 13 Pro” (16-21 min lirə), “iPhone 13 Pro Max” (18-23 min lirə) kimi modellərin Türkiyədəki satış qiymətləri ABŞ-dakından (müvafiq olaraq 700-1000, 800-1100, 1000-1500, 1100-1600 dollar) müvafiq olaraq 8-15, 11-17, 1-10, 0-7 faiz aşağıdır. Həmçinin yeni “MacBook Pro”nun modelləri ABŞ-da 2-3,5 min dollardan, Türkiyədə isə 1800-3077 dollardan satılır.

Türkiyə lirəsinin çökməsi nəticəsində “Apple” şirkəti “iPhone”, “Mac”, “iPad”, “Apple Watch” kimi məhsullarının bu ölkədə öz rəsmi saytından satışlarını müvəqqəti dayandırmaq qərarına gəlib. Həmin məhsulların yerli bazarda da bahalaşacağı güman edilir.

Son xəbərlər
Digər xəbərlər