17 C
Baku
Friday, May 3, 2024

“Apple” M2 prosessorlu yeni iPad Pro planşetlərini təqdim edib

“Apple” şirkəti 11 və 12.9 düym diaqonallı, 128 GB, 256 GB, 512 GB, 1 TB və 2 TB daxili yaddaşa malik iPad Pro planşetlərinin altıncı nəslini nümayiş etdirib. Cihazlar MacBook Air noutbuklarında olduğu kimi M2 prosessorunda işləyir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, cihazlar həmçinin Wi-Fi 6E standartını dəstəkləyir. 11 düymlük versiyanın qiyməti 799 dollardan, 12 düymlük versiyanın qiyməti isə 1000 dollardan başlayır. Öncədən sifarişlər artıq başlayıb, lakin cihazlar yalnız oktyabrın 26-dan etibarən mağazalara gələcək.

Planşetlə yanaşı, “Apple” yeni Apple Pencil da təqdim edib. Cihaz indi ekranın üstündən 12 mm məsafədə olan qələmi hiss edir. Bu, rəssamlara və dizaynerlərə işlərinin ilkin görünüşünü görməyə imkan verəcək. Qeyd edək ki, Apple Pencil-in qiyməti 129 dollar təşkil edəcək.

Yenilənmiş iPad-lar mavi, çəhrayı, gümüşü və sarı rənglərdə mövcuddur.

7

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər