18 C
Baku
Sunday, April 28, 2024

“Apple” M3 çipi əsasında yeni MacBook Pro noutbuklarını təqdim edib – Qiymətlər

“Apple” şirkəti “Scary Fast” tədbiri çərçivəsində M3 çipi əsasında yeni nəsil MacBook Pro noutbuklarını təqdim edib. Bütün noutbuk modelləri sələfi ilə müqayisədə parlaqlığı 20% artıran Liquid Retina XDR displey, FaceTime 1080p kamera və altı dinamikli daxili akustika ilə təchiz olunub.

Noutbuklar ilk dəfə olaraq yeni prosessorların imkanları sayəsində “Ray Tracing” və “Mesh Shading” funksiyalarını dəstəkləyir. M1 və M1 Pro çipli noutbuklarla müqayisədə şəkillər, videolar və digər tapşırıqlarla iş 40-60% daha sürətli olub.

download 19

Bildirilir ki, yeni prosessorlar batareyanın ömrünü 11 saat artırıb – enerji doldurmadan MacBook Pro-nun bəzi versiyaları 22 saata qədər işləyə bilir.

Yeni MacBook Pro-lar gümüş və boz rənglərdə satışa çıxarılacaq, M3 Pro və M3 Max çipi əsasında MacBook Pro qara rəngdə də buraxılacaq. 14 düymlük noutbukun qiyməti əsas versiya üçün 1.6 min dollardan, 16 düymlük noutbukun qiyməti isə 2.5 min dollardan başlacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər