11 C
Baku
Thursday, March 6, 2025

“Apple” M4 çipli yeni MacBook Air noutbuklarını təqdim edib

Amerikanın “Apple” korporasiyası M4 prosessoru ilə təchiz edilmiş “MacBook Air” noutbuklarının yenilənmiş seriyasını təqdim edib. Cihazların qiyməti əvvəlki nəsillə müqayisədə 100 dollar ucuzlaşıb: 13 düymlük modelin qiyməti hazırda 999 dollar, 15 düymlük modelin qiyməti isə 1199 dollardır. Noutbuklar martın 12-də satışa çıxarılacaq.

Yeni “MacBook Air” 12 MP kamera alıb və 18 saata qədər batareyanın ömrünü təmin edir. Noutbuk konfiqurasiyadan asılı olaraq 16 GB-dan 32 GB-a qədər operativ yaddaş, 256 GB-dan 2 TB-a daxili yaddaş alıb.

Xatırladaq ki, daha öncə “Apple” iPhone 16e smartfonunu və süni intellekt texnologiyasını dəstəkləyən iPad modellərini təqdim edib.

Son xəbərlər
Digər xəbərlər