14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“Apple” meşələrin bərpası layihələrinə investisiya üçün 200 mlrd. dollarlıq fond yaradıb

faizlere

“Apple” korporasiyası “Conservation International” qeyri-kommersiya təşkilatının və “Goldman Sachs” bankının dəstəyi ilə meşələrin bərpası layihələrinə investisiya yatırmaq üçün 200 milyard dollarlıq fond açıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bununla da şirkət keçən il qarşısına qoyduğu hədəfə – yaxın 10 ildə karbon neytrallığına çatmaq niyyətindədir.

Fond hər il atmosferdən ən azı 1 milyon yon karbon qazının çıxarılmasına kömək etməyi hədəfləyir. Şirkət bu rəqəmin 200 mindən çox minik avtomobilinin karbon izinə bərabər olduğunu bildirir.

“Apple” fondun BMT-nin İqlim Konvensiyası və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun standartları üzərində qurulacağını əlavə edib.

Meşə biomüxtəlifliyinin qorunmasına, habelə təbii tarazlığı qorumaqla rasional və ekoloji cəhətdən təmiz meşə idarəçiliyinin inkişafına yönəlmiş layihələrə xüsusi diqqət yetiriləcəkdir.

Xatırladaq ki, keçən il “Apple” illik inkişaf hesabatı çərçivəsində davamlılıq planını açıqlamışdır. Onda texnologiya nəhəngi növbəti 10 il ərzində karbon cəhətdən neytral istehsala keçəcəyini açıqlamışdır. Bu, hər bir cihazın istehsalının iqlimə təsirini minimuma endirmək deməkdir.

Şirkətin planlarına görə, onun əsas vəzifəsi tullantıları 75% azaltmaq olacaq. Xüsusilə, “Apple” təkrar emal olunmuş materiallardan istifadəni artırmaqla yanaşı, bütün istehsal mərkəzlərini bərpa olunan enerjiyə keçirmək niyyətindədir.

Tullantıların qalan 25%-i “Restore Fund” hesabına azaldılacaq. Meşələrin bərpası və davamlı meşə idarəetməsi metodlarının təkmilləşdirilməsini mütəxəssislər ətraf mühitə zərərli təsirlərin azaldılmasının ən təsirli yollarından biri hesab edirlər.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər