Böyük Britaniyanın 20 milyona yaxın “iPhone” və “iPad” istifadəçilərinin “Apple”a qarşı 1,5 milyard funt-sterlinq dəyərinə görə yeni məhkəmə iddiası təmin edilib, şirkət ödənişləri həyata keçirəcək.
Artıq üç hakim “Apple”ın təkrar araşdırması üçün müraciəti rədd etdi.
İddiaçı tərəf Böyük Britaniyada 19,6 milyon insanın “App Store”dan alışı və digər nağd pul əməliyyatları zamanı artan ödənişləri bildirir və təzminat tələb edir. Belə ki, “Apple” proqramlar mağazasında alış-veriş üçün 30%-ə qədər komissiya alır.