8 C
Baku
Bazar, Yanvar 23, 2022

“Apple” münasib qiymətə yeni simsiz AirPods təqdim edəcək

“Apple” gələn ay münasib qiymətə simsiz AirPods qulaqcıqlarını təqdim edəcəyini bildirib. Mütəxəssislərin fikrincə, bu qulaqcıqlar alıcılara 200 dollardan aşağı olan qiymətə başa gələcək. Xatırladaq ki, bu ay şirkət həmçinin büdcəyə uyğun iPhone SE smartfon modelinin təqdim etmişdir.

Banker.az xəbər verir ki, “Yeni AirPods relizə artıq hazırdır. Çox güman ki, onlar MacBook Pro ilə birlikdə növbəti ay təqdim ediləcək”, – blogger Con Prosser yazır.
Xatırladaq ki, “Apple” in təqdimatı marıtn 31-də keçirilməli olsa da, yeni koronavirus pandemiyasının yayılması problemi ilə əlaqədar olaraq təxirə salınmışdır.

Əgər AirPods Pro qulaqcıqların qiyməti 249 dollar təşkil edirsə, yeni modelin qiymətinin 200 dollardan aşağı olacağı güman edilir.

“Reuters”in bu ilin mart ayının sonunda verdiyi məlumata görə, COVID-2019-un dünya miqyasında yayılması səbəbindən elektronikaya tələbat azalıb. “Apple” texnikası da istisna deyildi – mənbə iddia edir ki, cari rübdə sifarişlərin sayı keçən ilə nisbətən 18% azalacaq. Ehtimal ki, “Apple” tələbatı artırmaq üçün orta qiymət seqmentinə daxil olan cihazlar buraxacaq.

Son xəbərlər
Oxşar xəbərlər