15 C
Baku
Friday, March 29, 2024

“Apple” oyun konsolu buraxacaq

“iPhone” smartfonları ilə tanınan “Apple” korporasiyası öz oyun konsulu üzərində işləyir. Qeyd olunur ki, konsol portativ olacaq, “Nintendo Switch” və “Steam Deck” cihazlarına bənzəyəcək.

Banker.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, konsol “PlayStation 5” qədər güclü olacaq. Konsolun AR / VR ilə uyğun olub-olmayacağı hələ bəlli deyil.

“Apple” smartfon və planşetlərdə fəal şəkildə oyun istiqamətini inkişaf etdirir. Məsələn, şirkət yeni “Apple Arcade” xidmətini yaradıb. Eyni zamanda korporasiya inkişafetdiricilər istifadəçilərlə birbaşa əlaqə qurmağa və “App Store”dan kənar alternativ ödəniş variantları təklif etməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər