23 C
Baku
Thursday, April 25, 2024

Apple öz dizaynerlərinin iş sirlərini açıqladı

Apple korporasiyasının dizaynerlər komandası dünyanın ən müxtəlif  yerlərindən olan 16 nəfər əməkdaşdan ibarətdir., onlar öz işlərinin “dəlicəsinə” vurğunudur və öz vaxtlarının böyük bir hissəsini  brainstorm-da keçirirlər, bu haqda məhkəməyə kompaniyanın dizayneri Kristofer Strinqer danışıb, məlumat Reuters agentliyi tərəfindən verilir. Korporasiyada 17 il ərzində çalışmış Strinqer,  Cənubi Koreyanın Samsung kompaniyası ilə Apple korporasiyası arasında patentlə bağlı qaldırılmış məhkəmə işinə ilk şahid qismində dəvət olunub. 

Strinqerin sözlərinə görə Apple məhsulları sıfırdan yaradır və onları “böyük dəniz səyahətinə” göndərir. O, qeyd edib ki, hal-hazırda San-Fransiskoda müasir incəsənət muzeyində  saxlanılan və öz sahəsində böyük bir inqilab etməyə nail olmuş həmin qurğunun dizaynı Conatan Ayv tərəfindən və onun Böyük Britaniya, Avstraliya, ABŞ, Yaponiya və Almaniyadan olan həmkarları ilə bilikdə hazırlanıb. Onlar qurğunun zahiri görünüşü üzərində on ildən çox çalışıblar. Strinqerin sözlərinə əsasən, Ayv Apple kompaniyasının kampusunun ərazisində yerləşən böyük və açıq studiyada çalışır. Studiyaya giriş kompaniyanın əməkdaşlarının böyük bir hissəsi üçün məhdudlaşdırılıb.

O, həmçinin qeyd edib ki, Apple komandasının böyük bir hissəsi biri-birini artıq neçə illərdir ki, tanıyır, hətta on ildən çoxdur. Bu qrupun əsas hədəfi həmişə dizayn və funksionallıq arasında ahəng yaratmaq, onları bir-birinə gözəl şəkildə uzlaşdırmaq olub. Kompaniyanın başlıca aləti isə “brainstorm” olub ki, bunun nəticəsində əldə olunan ideyaların hamısı rəsm kimi çəkilirdi və proses başlayırdı: əvvəlcə eskiz, daha sonra nümunə modeli. Bununla yanaşı əgər daha dəyərli yeni bir ideya meydana çıxardısa, kompaniya demək olar ki, həmişə konveyrə göndərilmiş variantlardan imtina edirdi.

Apple və Samsung arasında patent müharibəsi artıq bir neçə aydır ki, davam edir. Tərəflər öz aralarında dinc şəkildə razılığa gələ bilmədilər və münasibətlərə məhkəmədə aydınlıq gətirməli olacaqlar. Bundan öncə isə Cənubi Koreya kompaniyası məhkəmədə maraqlı müdafiə taktikası tətbiq edirdi, o iPhone -un dizaynını təkrarlamadığını sübut etmək üçün dəlil gətirmək əvəzinə, Apple kompaniyasının da bu ideyanı Sony-dən oğurladığını bəyan etmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər