18 C
Baku
Tuesday, April 30, 2024

“Apple” öz oyun konsolunu təqdim edəcək

“Apple” öz oyun konsolunu inkişaf etdirmək üçün “Microsoft”a müraciət edib. Jurnalistlər “Xbox Two YouTube” podkastında “Apple” oyun konsolunun yeni təfərrüatlarını açıqlayan “Windows Central”ın müəllifi Cez Kordenə (Jez Corden) istinad edirlər.

Mütəxəssisin sözlərinə görə, insayderlər ona bildiriblər ki, korporasiya öz oyun konsolunu yaratmaq üçün bir neçə “Xbox” mühəndisi işə dəvət edəcək.

Belə ki, “Apple”ın oyun sənayesində təcrübəsi çox azdır, buna görə onun “Microsoft”dan cəlb etdiyi ekspertlər öz konsolunu inkişaf etdirmək imkanlarını araşdırmaqda kömək edəcəklər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər