19 C
Baku
Saturday, October 12, 2024

“Apple” özü istehsal etdiyi prosessorla işləyən yeni MacBook təqdim edib – Foto

“Apple” şirkəti noyabrın 10-u ilk dəfə olaraq özü istehsal etdiyi prosessorla (M1) işləyən yeni MacBook modellərini nümayiş etdirib – MacBook Air, MacBook Pro və Mac Mini. Verilən məlumata görə, bu cihazları artıq noyabrın 10-dan başlayaraq sifariş etmək mümkündür.

Xatırladaq ki, 2005-ci ildən bəri “Apple” məhsullarında yalnız Intel prosessorlarından istifadə edib.

  1. MacBook Airdownload 1

Bu model fasiləsiz olaraq 18 saatadək işləyə bilir, 13,3 düymlük ekranla, Wi-Fi 6 və Thunderbolt/USB 4 ilə təchiz edilib. “Apple” yeni MacBook Air 2019-cu ildə satılan noutbukların 98%-dən daha sürətli olduğunu iddia edir. Cihaz üç rəngdə mövcud olacaq: “boz kosmos”, qızılı və gümüşü.

MacBook Air modeli iki variantda satışa çıxarılacaq – 8 nüvəlik prosessor və 7 nüvəlik qrafik prosessor, 256 GB yaddaş; 8 nüvəlik prosessor və 8 nüvəlik qrafik prosessor 512 GB yaddaş.

  1. MacBook Prodownload 2

Yeni MacBook Pro M1 prosessorunun bütün imkanlarına sahibdir.  Şirkət bu modelin video rejimində fasiləsiz olaraq 20 saat işlədiyini, 2,8 qat daha səmərəli və 5 qat daha sürətli olduğunu vəd edir.

Noutbuk həmçinin 13,3 düymlük Retina ekranı, Thunderbolt 4/USB4, WiFi6, sərinləmə sistemi və TouchID texnologiyası ilə təchiz edilib. MacBook Air modeli kimi, MacBook Pro-nu da iki variantda almaq mümkün olacaq  – 8 nüvəlik prosessor və 8 nüvəlik qrafik prosessor, 256 GB yaddaş; 8 nüvəlik prosessor və 8 nüvəlik qrafik prosessor 512 GB yaddaş.

  1. Mac Minidownload 3

Bundan əlavə, şirkət yeni Mac Mini noutbukunu təqdim edib. Bu modelin prosessoru əvvəlki versiyadan üç qat, qrafika nüvəsi isə altı qat sürətli işləyir və iki variantda mövcuddur:

8 nüvəlik prosessor və 8 nüvəlik qrafik prosessor, 256 GB yaddaş; 8 nüvəlik prosessor və 8 nüvəlik qrafik prosessor 512 GB yaddaş.

Son xəbərlər
Digər xəbərlər