21 C
Baku
Friday, April 26, 2024

“Apple” özünün ilk AR cihazını 2020-ci ildə təqdim edəcək

Apple şirkəti 2020-ci ildə ToF kamera moduluna sahib iPhone modelini və AR cihazı satışa çıartmaqla artırılmış reallıq sahəsində yeni texnologiyaları sərgiləməyi planlaşdırır. Bu barədə Bloomberg saytı xəbər verib. Bloomberg-in verdiyi məlumata əsasən Apple şirkəti linzalarına inteqrasiya edilmiş holoqrafik ekranlara sahib AR cihazı 2020-ci ildə təqdim etməyi planlaşdırır. Apple şirkətinin bu AR cihazının hansı formatda olacağı məlum deyil.

    Bu, smart eynək də ola bilər, VR cihazlara bənzəyən AR cihaz da. Bloomberg saytı şirkətin AR cihazını mətnlərə, elektron poçta, xəritələrə və oyunlara baxmaq üçün nəzərdə tutulmuş smart eynək kimi qələmə verir. Bununla yanaşı gələn il təqdim olunacaq iPhone modellərinin dizaynlarında dəyişiklik olacaq və onlar 5G şəbəkə dəstəyi ilə yeni ToF kamera modulunu əldə edəcəklər. Həmin yeni ToF kamera modulları isə istifadəçilər üçün artrılmış reallıq sahəsində yeni təcrübələr təqdim edəcəklər. 

©Technote

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər