8 C
Baku
Wednesday, October 30, 2024

“Apple Pay” artıq “Expressbank” mobil tətbiqində!

®Müasir dünyamızda olan bir çox texnoloji inqilablar maliyyə və bank sisteminə də öz təsirini göstərmiş və bunun məntiqi nəticəsi kimi bir sıra innovativ həllərin də yaranmasına təkan olmuşdur. “Expressbank” da öz növbəsində ən son texnoloji yenilikləri izləyir və bu müasir innovativ həlləri öz fəaliyyəti isiqamətində uğurla tətbiq etməyə davam edir. Artıq “Expressbank” müştəriləri də bankın “Express24” mobil tətbiqində və ya öz “Apple” cihazından “Apple Pay”ə qoşularaq rahat və təhlükəsiz şəkildə ödənişlərini edə bilərlər.

“iPhone”, “iWatch”, “iPad” və digər “Apple” cihazlarında olan “Apple Pay” innovativ ödəmə funksiyası bütün dünyada insanların ən çox istifadə etdiyi ödəniş üsullarından birinə çevrilmişdir. “Apple Pay”dən istifadə “Expressbank”ın ödəniş kart sahiblərinə ödənişləri daha asan və təhlükəsiz həyata keçirməyə imkan verir.  Bunun üçün müştəri sadəcə “Expressbank”ın “VISA” və “MasterCard” plastik kartlarını “Express24” mobil tətbiqi üzərindən və ya “iPhone” da “Wallet” (“pul cüzdanı”) tətbiqinə daxil olmaqla qeydiyyatdan keçirməlidir. Kart “Apple” cihazlarına əlavə olunan andan müştəri həmin cihazla POS-terminallarda, onlayn platformalarda və bir çox digər yerlərdə təhlükəsiz ödəmələr həyata keçirə biləcəkdir.

Plastik kartı Express24” üzərindən qeydiyyatdan keçirmək üçün mobil tətbiqdə “Apple Wallet”a əlavə etmək istədiyiniz kartı qeyd edib, təsdiq üçün müvafiq düyməyə klik edirsiniz. Daha sonra Sizə birdəfəlik istifadə üçün gələn OTP şifrəsini müvafiq xanaya qeyd edirsiniz və bununla da kartınız “Apple Wallet”də qeydiyyatdan keçmiş sayılır.

Express24”  Mobil tətbiqini yükləmək üçün https://www.expressbank.az/express24-app  və  “Apple Pay”  haqqında digər   məlumatlar üçün isə  https://www.expressbank.az/other_service/304#app   linklərinə keçid edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər