Ötən ilin noyabr ayından etibarən Azərbaycanda fəaliyyət göstərən Apple Pay ödəniş sistemi fəaliyyətə başladığı vaxt 4 bankın – ABB (əvvəlki Azərbaycan Beynəlxalq Bankı), Kapital Bank, Bank Respublika və Unibankın debet və kredit kartlarında bu ödəniş sisteminin istifadəsi mümkün idi. Hazırda isə bu bankların sayı artıb.
Banker.az araşdırıb ki, hazırda Azərbaycanın 7 bankında Apple Pay aktivdir:
- ABB
- Bank Respublika
- Kapital Bank
- MuğanBank
- Paşa Bank
- Rabitəbank
- Unibank
Banker.az-ın əldə etdiyi məlumata görə, gələcəkdə Azər Türk Bank, Naxçıvanbank, Premium Bank və Yelo Bankda Apple Pay-in istifadəsi mümkün olacaq.
Qeyd edək ki, bu ödəniş sistemi “Apple” şirkəti tərəfindən təqdim olunan mobil ödəniş və rəqəmsal cüzdan xidmətidir. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərində və “Safari” istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPad və Mac-da dəstəklənir. “Apple” tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız POS-terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün “Apple Pay”a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər. Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün “Apple”ın Touch ID və Face ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək POS-terminal sistemləri ilə simsiz əlaqə yaradır.