3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Apple Pay ilə ödəyin, 15 AZN keşbək qazanın!

®Apple Pay ödəniş sisteminin yeni istifadəçiləri üçün ABB-də gözəl bir kampaniya başlanıb. Kampaniya müddətində müştərilər hər biri 10 manatdan az olmayan ilk 3 Apple Pay ödənişlərinə görə toplam 15 manat keşbək qazanacaqlar. 

 Kampaniya 8 dekabrdan başlayaraq ilk 10.000 müştəriyə aiddir. Qazanılmış keşbək faizləri kampaniya müddətində müştərilərin bank hesabına qayıdacaq. Hər müştəri 15 manatlıq keşbəki yalnız bir dəfə qazana bilər.

ABB ölkəmizdə Apple Pay sisteminin tətbiqinə başlayan ilk banklardandır. Apple Pay müştərilərə mobil telefonla təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırır. Apple Pay vasitəsilə həyata keçirilən bütün əməliyyatlar etibarlı şəkildə qorunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz. Apple Pay barədə daha ətraflı məlumatları buradan əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

 

Son xəbərlər
Oxşar xəbərlər