14 C
Baku
Saturday, May 4, 2024

“Apple Pay” və “Google Pay” xidmətlərinə qoşulduqdan sonra “AFB Bank”da nağdsız ödənişlərdə 50%-dən çox artım baş verib

®Daima inkişafda olan “AFB Bank” ötən aylarda “Apple Pay” və “Google Pay” xidmətlərini də aktivləşdirərək bu sistemə qoşulan Azərbaycan bankları siyahısına daxil olub. 

Sevindirici haldır ki, hər iki xidmət müştərilər tərəfindən rəğbətlə qarşılanıb, həm əməliyyat sayında, həm də qeyri-nağd dövriyyədə nəzərəçarpan artımlar olub. 

Belə ki, bu xidmətlər aktivləşdikdən sonra qeyri-nağd kart dövriyyəsi ümumilikdə 52% artaraq 24.5 milyona manata çatıb. Bu, bankın statistikasında rekord göstəricidir. “Apple Pay” və “Google Pay” xidmətlərinin aktivləşməsi bankın mobil tətbiqinin də yükləmələrinin sayını artırıb. Məsələn, təkcə Android istifadəçilərinin sayı 10%-ə yaxın çoxalıb. 

Məlumat üçün bildirək ki, “Apple Pay” və “Google Pay” elektron cihazlar vasitəsilə təmassız ödənişlərin qəbul olunduğu istənilən məntəqədə asanlıqla ödəniş etməyə imkan verir. Müştərilərin xidmətə maraq göstərmələrinin digər səbəbləri də karta fiziki ehtiyacı aradan qalxması, ödənişlərin saniyələr içində rahat şəkildə edilməsi və tam təhlükəsiz olmasıdır.

 “AFB Bank” kartları üçün bu xidməti aktivləşdirmək istəyən şəxslər bankın tətbiqi vasitəsilə bunu edə bilərlər. Həmçinin cihazın əməliyyat sisteminə uyğun olaraq “Apple Wallet” və “Google Wallet” tətbiqlərindən də xidmətə qoşulmaq mümkündür.

“AFB Bank”ın bu və digər xidmətləri barədə ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə edə bilərsiniz.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər